İmişli rayonunda bir nəfərin Araz çayında boğulması ilə nəticələnən hadisə baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Araz çayının İmişli rayonunun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.
Bildirilib ki, 11-ci sinif məzunu T. Mirişov çayda boğulub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb olunub.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.