İlon Maskın sevdiyi bu mahnı  1963-cü ildə qadağan edildi,  lakin hitə çevrildi  və...
08 iyun 2026 16:09 (UTC +04:00)

İlon Maskın sevdiyi bu mahnı 1963-cü ildə qadağan edildi, lakin hitə çevrildi və...

0

1963-cü ildə yayımlanan "Puff, the Magic Dragon" mahnısı barədə maraqlı məlumatlar yayımlanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, zamanın sınağından çıxaraq klassikaya çevrilən və böyük nəslin himninə çevirilən bu mahnının yayımı bir vaxtlar ABŞ-da radiolarda qadağan edilib.

Buna səbəb mahnıda narkotik vasitələrin təbliği ilə bağlı gizli mesajların olduğunun iddia edilməsi idi. Bu iddialar bir çoxlarına əsassız görünsə də, həmin dövrdə radio stansiyalarının mahnını efirdən çıxarması üçün kifayət etmişdi.

Mahnının müəllifləri isə illərlə əsərin yanlış anlaşıldığını bildiriblər. Amerikalı müğənni və bəstəkar Peter Yarrou açıqlamalarının birində bildirirdi ki, bu iddia olduqca absurddur: 

"Bu, məni mahnını ifa etməkdən və uşaqları səhnəyə dəvət edib mənimlə birlikdə oxumağa təşviq etməkdən çəkindirməyəcək. Mahnı kifayət qədər dəyərlidir və onun unudulmasına imkan verməyəcəyəm”.

Mahnı Leonard Liptonun yazdığı şeir əsasında Peter Yarrou tərəfindən bəstələnib və 1963-cü ilin yanvarında "Peter, Paul and Mary" qrupu onu ikinci albomu olan "Moving"da təqdim edib.

Yarrou sonradan xatırlayırdı:

“Biz bu mahnını alboma daxil edərkən onun böyük populyarlıq qazanacağını heç düşünmürdük. Lakin ABŞ-ın şimal-qərbində bir radio aparıcısı onu efirdə səsləndirməyə başladı və mahnı qısa müddətdə məşhurlaşdı”.

Qısa zaman sonra “Puff, the Magic Dragon” qrupun ən böyük hitlərindən birinə çevrilib və ABŞ-ın məşhur "Billboard Hot" 100 hit-paradında ikinci yerə qədər yüksəlib.

Mahnı sonradan bütöv bir nəslin simvoluna çevrilib. Onun əsasında 1978-ci ildə animasiya televiziya filmi çəkilib, daha sonra filmi və kitab adaptasiyası hazırlanıb.

Maraqlıdır ki, İlon Mask da bu mahnının pərəstişkarlarından biridir. O, "SpaceX" şirkətinin kosmik kapsullarından birinə məhz bu mahnının adını verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar