6994
16:48
20 İyun 2020

Deputat: “Çox təəssüf ki, koronavirusa yoluxdum” - YENİLƏNİB

“Əziz dostlar, mən burada heç vaxt özümlə və doğmalarımla bağlı nə bəd xəbər, nə də xoş xəbər paylaşmamışam. Haradasa duyğu istismarı və göstəri elementləri gördüyüm üçün bunu etməmişəm”.

Lent.az xəbər verir ki, bu fikirləri az öncə koronavirus testinin cavabı müsbət çıxan Milli Məclisin deputatı Sahib Alıyev sosial şəbəkə hesabında paylaşıb.

“Amma indi elə bir müstəsna vəziyyətdir ki, Milli Məclisin deputatı olaraq bu xəbəri sizinlə bölüşməyə bilmirəm”, - deyən S.Alıyev əlavə edib ki, nə qədər özünü qorumağa çalışsa da, çox təəssüf ki, koronavirusa(COVİD-19) yoluxub:

“Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli şəxslər virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün nəhayət gərəkənləri edəcəklər. Bir daha hər kəsə can sağlığı arzulayıram, Allah amanında!”.

***

16:34

“Koronavirus testinin cavabını indilərdə aldım. Təəssüf ki, nəticə pozitivdir”.

Bunu APA -ya açıqlamasında deputat Sahib Alıyev deyib.

Deputat koronavirusa yoluxduğunu bildirib: “Təəssüf ki, testin nəticəsi pozitiv çıxıb. Özümdə koronavirus pandemiyasının simptomlarını hiss etdiyim üçün test vermişdim. Nəticə pozitiv çıxdı”.

15.52

***


Milli Məclisin deputatı Sahib Alıyev yeni növ koronavirusa (COVID-19) yoluxması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Deputat APA -ya açıqlamasında bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

O qeyd edib ki, COVID-19-a yoluxmayıb.