1978
13:04
20 İyun 2020

Sərt karantin rejimində jurnalistlərin fəaliyyətinə aydınlıq gətirildi


"Jurnalistlərin adları çalışdıqları KİV tərəfindən icaze.e-gov.az saytına daxil edilməlidir".

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K. Əliyev deyib ki, jurnalistin çalışdığı KİV Bakıda fəaliyyət göstərirsə o, Bakı, Sumqayıt və Abşeron ərazisində fəaliyyət göstərə bilər: “Lakin, jurnalistlər bu icazə ilə ölkənin digər yerlərinə gedə bilməzlər. Bunun üçün jurnalistin çalışdığı KİV tərəfindən ezamiyyə vərəqəsi verilməlidir. Ezamiyyətdə isə konkret müddət göstərilməlidir. Yəni həm icaze.e-gov.az saytında qeydiyyat, həm də ezamiyyə vərəqi lazımdır”.

K.Əliyev qeyd edib ki, telekanallar efirə qonaq çağırarkən qonağın adını da icaze.e-gov.az saytında müddət qeyd etməklə əlavə etməlidirlər: “Bu da həmin qonağın verilişdə olub-olmadığını müəyyən edəcək”.