Putinin gizli iş otağı - Özü göstərdi
19 iyun 2020 09:00 (UTC +04:00)

Putinin gizli iş otağı - Özü göstərdi

 

Rusiya Prezidenti Vladimir Putin “Rusiya 1” telekanalının müxbirlərinə virtual müsahibə verərkən gizli iş otağını göstərib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, müsahibə lentə alınan zamanı dövlət başçısı çəkiliş qrupunu gizli otağına dəvət edib.

"Ancaq sizi xəbərdar edirəm ki, orada heç bir şey (yemək) hazırlamamışam. Buna görə də orada ... işçi mühiti hökm sürür", deyə Rusiya lideri əlavə edib.

O, həmin ünvanda kütləvi toplantı keçirmədiyini deyib - burada yemək və istirahət otağı yerləşir.

Parlaq rənglərlə işlənmiş otağın divarında imperator I Pyotrın portreti asılıb, iş masasının yanında isə prezidentə hədiyyə edilmiş uşaq rəsmləri və sənətkarlıq nümunələri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5221

Oxşar yazılar