13:37
16 İyun 2020

Ukraynanın keçmiş prezidentinin atası öldü

Ukraynanın sabiq Prezidenti Petro Poroşenkonun atası Aleksey Poroşenko vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə P. Poroşenkonun sədri olduğu “Avropa həmrəyliyi” partiyasının mətbuat xidməti məlumatı yayıb.

Ukrayna kütləvi informasiya vasitələri bir gün əvvəl 84 yaşlı A. Poroşenkonun insult keçirməsi barədə məlumat yayıb.

“Avropa həmrəyliyi” partiyası mərhum ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, A. Poroşenko 2009-cu ildə Ukrayna Qəhrəmanı adına layiq görülüb. O, Vinnitsa vilayətinin deputatı, aqrar-sənaye kompleksi məsələləri üzrə daimi komissiyanın üzvü olub.

Dİgər xəbərlər