Şəkillərin keyfiyyətini 60 dəfə artırır - İNANILMAZ
15 iyun 2020 19:06 (UTC +04:00)

Şəkillərin keyfiyyətini 60 dəfə artırır - İNANILMAZ

Yeni süni intellekt şəkillərin keyfiyyətini 60 dəfə yaxşılaşdırır. Hələlik yenilik təhlükəsizlik kameralarının görüntülərindən insanları tapmağa kömək edəcək. Amma gələcəkdə tibb, astronomiya və başqa sahələrdə istifadə edilə bilər.
 
Lent.az “ICTnews”a istinadən xəbər verir ki, Dyuk Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış süni intellekt insanların şəkillərdəki bulanıq, tanınmaz halda olan sifətlərini hətta kiçik detalların belə seziləcəyi keyfiyyətli fotoşəkillərə çevirə bilər.

Əvvəlki metodlar üz şəkillərini yalnız 8 dəfəyədək yaxşılaşdıra bilirdi. Amma bu komanda onları 64 dəfəyədək yaxşılaşdırmaq üsulunu axtarıb tapıb.
 
Sistem ilk növbədə insanların eyniləşdirilməsi üçün istifadə ediləcək. O, təhlükəsizlik kamerasından əldə edilmiş tanınmaz halda olan şəklin  keyfiyyətini yaxşılaşdıra biləcək.

# 4372
avatar

Oxşar yazılar