11:44
15 İyun 2020

Türkiyədə yenindən güclü zəlzələ oldu


Türkiyədə Bingölün Karlova qəsəbəsində yenidən güclü zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla verdiyi xəbərə görə, 5,6 bal maqnitudalı zəlzələ yerli vaxtla saat 09:51-də baş verib.

Zəlzələnin episentri 7 km dərinliyində qeydə alınıb.

Qeyd edək ki, dünən yerli vaxtla saaat 17:24-də eyni ərazidə 5,7 bal gücündə zəlzələ olub, 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

Dİgər xəbərlər