Məleykə Əsədova insanlara məsləhət verdi: "Maska taxın"
13 iyun 2020 14:28 (UTC +04:00)

Məleykə Əsədova insanlara məsləhət verdi: "Maska taxın"

 Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə izləyicilərinə məsləhətlər verib.

Lent.az-ın məlumatına görə, aktrisa hər kəsi maskadan istifadə etməyə çağırıb:

"Həmişə maska ilə gəzirəm. Çəkilişlərə belə maska ilə gedirəm. Özümü çalışdığım qədər virusdan qoruyuram. Bununla bərabər yaxınlarımı da qoruyuram. Dünyanı bürüyən bu virusa qarşı biganə yanaşmayaq. Özümüzü, yaxınlarımızı, bir sözlə mühütümüzü qoruyaq. Bir birlikdə olsaq, tezliklə bu xəstəlikdən qurtularıq və normal yaşayımıza davam edərik".

 

 

# 6079
avatar

Yalçın UĞUR

Oxşar yazılar