Əməkdar artist adam öldürdü - içkili olub
10 iyun 2020 10:39 (UTC +04:00)

Əməkdar artist adam öldürdü - içkili olub

 Dünən Moskvanın Smolensk meydanında yol qəzası olub. Lent.az Rusiya mətbuatına istinadla məlumat verir ki, qəzanı Rusiyanın əməkdar artisti Mixayıl Yefremov törədib. Onun idarə etdiyi Jeep Grand Cherokee qarşı yola çıxıb Lada markalı furqonla toqquşub.

Aktyor heç bir zədə almayıb, amma furqonun sürücüsü xəstəxanada dünyasını dəyişib.

Ekspertiza müəyyən edib ki, aktyor içkili vəziyyətdə olub. Cinayət işi açılıb, Rusiya qanunlarına görə Mixayıl Yefremovu 12 il azadlıqdan məhkum etmə cəzası gözləyir.

# 10756
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar