13:22
19 İyun 2020

Kim haradan geyinir - Xalq artisti nələr danışdı?

Rubrikamızın qonağı illərdir sənətdə sözünü demiş , səhnəyə ilk addım atdığı gündən özünə məxsus geyim və ifa tərzi olan bir müddət öncə xalq artisti adını alan Tünzalə Ağayevadır. Sevilən müğənnimizi görən kimi suallarımızı ünvanlandıq. Maraqlıdır xalq artisti haradan geyinir ? Daha çox hansı brendlərdən istifadə edir? Əminəm ki, bu sualların cavabı sizə də çox maraqlıdır.

Gündəlik həyatında rahat geyimlərə üstünlük verən Tünzalə xanım deyir ki , elə brend yoxdur ki, istifadə etməsin: “Amma daha çox istərdim yerli markalarımız olsun və onlardan böyük məmnuniyyətlə istifadə edərəm.

Uzun müddətdir məşhur modelyer Gülnarə Xəlilova ilə çalışıram. Geyimdə xüsusi olaraq önəm verdiyim brend yoxdur, amma illərdir yığılan qarderobumda üstünlüyü daha çox "Zara" markası təşkil edir”.

Karantin dövründə heç bir “çöp” də sifariş etməyən Xalq artisti eynəkləri ilə də seçilir desək yanılmarıq. Ən bahalı eynəyinin qiymətini gizli saxlasa da elə marka olmayıb ki, ondan müğənnidə olmasın.

Saçının rəngini, tərzini tez-tez dəyişməsi də gözümüzdən qaçmır. Müəyyən dəyişiklikləri səhnəyə görə etsə də bu hərəkətlər daha çox təbiətindən irəli gəlir. Müğənni deyir ki, insan dəyişməli, baxımlı olmalıdır.

Makiyaj da isə olmazsa olmazı sevdiyi brend Benefitdir. Xalq artisti onu da qeyd etdi ki, yaxında möhtəşəm bir fotosessiya olacaq, gözləyin.

Dİgər xəbərlər