14:32
09 İyun 2020

Mənzurəyə hamilə olduğunu dedilər, AĞLADI - CANLI YAYIMDA - VİDEO

“Sənətdə uğurlu olduğum qədər sənətdə də uğurlu olmaq istəyərdim”.

Bu sözləri müğənni Mənzurə Musayeva Lent.az -ın canlı yayımında deyib. O, şəxsi həyatından danışan zaman göz yaşlarına hakim ola bilməyib: "Mənim üçün ailə tamam başqadır. Yaş ötdükcə bunu daha çox anlamağa başladım. Dərdləşdiyim, güvəndiyim bir insan olmalıdır. Məni başa düşən biri olmayacaqsa, elə tək qalmağım yaxşıdır. Arzularıma çatmışam. Amma ailə tərəfdən yox.

Mənimlə ailə qurmaq istəyən hər zaman çox olub. Amma iki dəfə seçimimi düz etməmişəm. Yoldaşıma inanmışam. İlk evliliyim 7 il çəkdi. Övladım olmadığına görə boşandım. Qayınanam deyirdi ki, boşanın, oğlum evlənsin, uşağı olsun. Amma ailə qurduğum şəxs yaxşı insan deyildi. Toyumdan bir ay sonra peşman oldum. El sözünə görə boşanmaq istəmirdim. İkinci evliliyim isə bir il çəkdi. O da qısqanc idi. İndi yenidən kiməsə inanıb, ailə qursam, alınmayacaq. Ümumiyyətlə, qəlbim küsüb".

İfaçı bildirib ki, ana olmağa iki dəfə tam yaxın olub: “İki dəfə hamilə oldum, 2 aylıq uşağım tələf oldu. UZİ-də həkim deyəndə ki, hamiləsən, inanmadım. Sonra məni orada ağlamaq tutdu. Həkimə dedim ki, ola bilməz. Evə getdim, sevindim, amma alınmadı”.

Sonda aparıcı Yalçın Uğurun “Ölümünüzdən öncə bir cümlə yazmaq şansınız olsaydı, nə yazardınız” sualı isə müğənnini ağladıb: “Yazardım ki, həyatda bu insan yaşamadı, getdi. Mən çox əziyyət çəkdim, çox. Heç vaxt dəstəyim olmadı. Nə var, ona da qane oldum, başqa cür də ola bilmədim. Bir sözlə, öz həyatımı yaşaya bilmədim. Ona görə də deyirəm ki, Mənzurə Musayeva bu həyatı yaşamadı, getdi”.

M.Musayevanın müsahibəsinin ardına aşağıdakı videoda baxa bilərsiniz:

Dİgər xəbərlər