1003
12:50
05 İyun 2020

Bakı sakinini hədələyib atəş açdı

İyunun 3-də gecə saat 1 radələrində Səbail rayonu ərazisində naməlum şəxs xuliqanlıq zəminində paytaxt sakini H.Hüseynovu hədələyərək odlu silahdan havaya atəş açıb.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, məlumatla əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R.Salayev saxlanılıb.

Ondan müvafiq sənədləri olan “Vinçester” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.