Abituriyentlər test olunacaqmı? - RƏSMİ CAVAB
04 iyun 2020 17:45 (UTC +04:00)

Abituriyentlər test olunacaqmı? - RƏSMİ CAVAB


“6 və 7 iyun tarixlərində nəzərə  tutulan buraxılış imtahanları 10, 11 iyun tarixlərinə keçirilib”.

 APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

TƏBİB-in şöbə müdiri deyib ki, TƏBİB tərəfindən imtahanlarla bağlı müvafiq qaydalar hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiqlənib: “İmtahanlar zamanı valideynlər sosial məsafəni gözləməlidirlər. Şagirdər və valideynlərin koronavirusla bağlı test olunub-olunmayacağı barədə suallar verilir. Bu, nəzərdə tutulmayıb.  Xəstəlik əlamətləri olan,  xaricdən gələn insanlar test olunur. Abituriyentlər və valideynlərin test olunması nəzərdə tutulmayıb”.

# 4258
avatar

Oxşar yazılar