1030
12:05
01 İyun 2020

Ali məktəblərin müsabiqə şərtlərində hansı dəyişikliklər var? - RƏSMİ

"Ali məktəblərin müsabiqə şərtlərində heç bir dəyişiklik yoxdur".

APA-nın məlumatına görə, bunu bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, ancaq mart ayından bu yana sadələşdirmə üçün müəyyən addımlar atılıb. “Proqramdan martdan bəri olan mövzular çıxarılıb. XI və IX siniflər üçün struktur və ballar barədə məlumat verəndə demişdik ki, keçən il 24 açıq sual var idi. Bu suallarını sayını 12-yə endirmişik, 2 dəfə azaltmışıq, bunun əvəzinə kodlaşdırma və qapalı suallar, testrlər var. Bu da bir növ imtahan formasını sadələşdirməkdir. Başa düşürük ki, çox çətindir, psixoloji gərginlik var, martdan dərsə ancaq onlayn cəlb olunublar. Amma onların evdə kitablarla, dərslərlə məşğul olmaq üşün şansları çox idi. İmtahan formatında da hansı dəyişilik varsa, elan etmişik, bundan artıq heç bir şey təklif ertmişik”.

DİM sədri xəbərdarlıq edib ki, imtahana telefonla gələn şəxs imtahandan xaric olunur və nəticəsi hesablanmayacaq.