2509
05:14
30 May 2020

Bakıda taxta bazarında baş verən yanğın söndürüldü - FOTO - YENİLƏNİB


Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən APA -ya verilən məlumata görə, taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

02:14

Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən taxta bazarında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən APA -ya verilən məlumata görə, hadisə Dərnəgül yolunun Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov küçəsinin kəsişməsində qeydə alınıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.