814
12:48
29 May 2020

Hədə-qorxu ilə 7300 manat pulunu aldı

Nərimanov Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Qubadov 2019-cu ilin dekabr ayından cari ilin aprel ayınadək olan müddətdə bir nəfərin ona hədə-qorxu gələrək 7300 manat pulunu aldığını bildirib.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən paytaxt sakini N.Qarayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.