“Yoluxma” filminin ulduzunda koronavirus aşkarlandı
28 may 2020 19:56 (UTC +04:00)

“Yoluxma” filminin ulduzunda koronavirus aşkarlandı

0

Fransalı aktrisa Marion Kotiyyar koronavirusa yoluxub.

Lent.az bildirir ki, bu barədə “Paris Match” xəbər yayıb.

“Yoluxma” filminin ulduzunun sevgilisi Qiyom Kane deyib ki, onlar bir yerdə COVID-19-a yoluxublar.

Aktyor ətraflı məlumat verməyib, ancaq qeyd edib ki, onların hər ikisi ilə bağlı narahat olmağa dəyməz, ona görə ki, xəstəlik yüngül formada keçir.

Tanınmışlar 2007-ci ildən görüşməyə başlayıblar, 2011-ci ildə onların oğlanları dünyaya gəlib, lakin rəsmi nikah qeydiyyatında deyillər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4058

Oxşar yazılar