Xəstəxanaya çatdırılsa da, həyatını xilas edə bilmədilər
28 may 2020 09:10 (UTC +04:00)

Xəstəxanaya çatdırılsa da, həyatını xilas edə bilmədilər

Sumqayıt sakini xəstəxanada dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər “Birləşmiş məhəllə” sakini, 1979-cu il təvəllüdlü Rzayev Rəşad Rza oğlunun yaşadığı mənzildə qəflətən vəziyyəti pisləşib. 

O, dərhal xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, 41 yaşlı kişi yüksək dozalı narkotikin təsirindən ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

# 4789
avatar

Oxşar yazılar