
® "Azercell" bölgələrdə yaşayan 4 mindən çox ailəyə dəstək olub - FOTO
“Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həssas təbəqədən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində təşəbbüslərini əsirgəmir və aztəminatlı ailələrə dəstəyini davam etdirir.
Şirkətdən Lent.az-a verilən məlumata görə, belə ki, karantin dövründə müqəddəs Ramazan ayının dördüncü həftəsində də bölgələrdə yaşayan 1 000-dən çox xüsusi diqqət və qayğıya ehtiyacı olan ailəyə ərzaq yardımı göndərilib. Bununla da, ümumilikdə Ramazan ayı boyu bölgələrdə sosial təcrid şəraitində yaşayan həssas kateqoriyalardan olan 4 000-dən çox ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanıb. “Azercell”in bu xeyriyyə layihəsindən Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xızı, Naftalan, Xocalı, Zəngilan, Şuşa, Kəlbəcər sakinləri yararlanıblar.
Sovqatlar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC ölkə boyu müxtəlif ünvanlara çatdırıb. Aztəminatlı ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunub.
Xatırladaq ki, Novruz bayramı münasibətilə və koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində “Azercell Telekom” MMC həssas qrup kateqoriyadan olan insanlara qayğı və dəstək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birlikdə I-ci qrup əlilliyə görə sosial müavinət alan ailə üzvü olan 6 000-ə yaxın aztəminatlı ailəyə bayram sovqatı paylayıb.
Eyni zamanda, lider mobil operator tərəfindən həyata keçirilən aksiyaların davamı olaraq “Azercell” əməkdaşları da xeyirxah təşəbbüsə qoşularaq öz töhfələrini veriblər. Belə ki, xüsusi karantin rejiminin tətbiq olunduğu bu müddət ərzində şirkət əməkdaşlarından ibarət “Azercell könüllüləri” dəstəyə ehtiyacı olan ailələri ziyarət edərək onları ərzaq məhsulları ilə təmin ediblər.
Qeyd edək ki, “Azercell Telekom” MMC COVID-19 pandemiyası dövründə bir çox sosial layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib.

Oxşar yazılar

Dələduzlar bunu da etdilər: bankların logo və adları ilə məlumatlar ələ keçir
17 yanvar 2021 , 10:36
“Azercell”in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib
16 yanvar 2021 , 15:41
Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
16 yanvar 2021 , 12:05
“Qarabağın səsi” ümumdünya xeyriyyə konserti keçirilib-VİDEO
15 yanvar 2021 , 13:47
Mərkəzi Bankın yeni binası 218 milyona tikiləcək
13 yanvar 2021 , 16:32
Unibank özünüməşğulluq layihəsini başa çatdırıb-FOTO
13 yanvar 2021 , 16:11
Əli Həsənovun ailəsinə məxsus şirkətlər ləğv olunur
13 yanvar 2021 , 14:41
Beynəlxalq köçürmələrlə bağlı bir ilk!
12 yanvar 2021 , 20:51