11:55
18 May 2020

“Beşiktaş” bu millinin qapıçısını transfer edə bilər

Türkiyənin “Beşiktaş” klubunun heyətinə qatmaq istədiyi qapıçının adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Kolumbiya yığmasının futbolçusu Alvaro Monteronu heyətinə qatmağa qərar verib.

“Deportivo Tolima”da çıxış edən qolkiperin bu yay “Beşiktaş”a keçəcəyi gözlənilir. 25 yaşlı əlcək sahibinin transferi “ağ-qaralar”ın qapıçı problemini həll etməlidir.

Qeyd edək ki, “Beşiktaş” bu mövsümdəki qapıçısı Loris Kariusu icarə müddəti başa çatmadan geri göndərib.

Dİgər xəbərlər