3802
17:22
16 May 2020

12 yaşlı Seyidzəhradan Prezidentə məktub: "Sizinlə fəxr edirəm"

Dünyanı cənginə alan koronavirus pandemiyası əksər iri ölkələri çıxılmaz vəziyyətə saldı. Hətta səhiyyəsi sistemi ilə ön sıralarda yer alan Almaniya, İtaliya, Fransa, ABŞ kimi ölkələr də virus qarşısında aciz duruma düşdülər. Ancaq Azərbaycan hökumətinin pandemiya ilə mübarizə çərçivəsində atdığı addımlar öz müsbət bəhrəsini verdi. Belə ki, görülən işlər nəticəsində ölkəmizdəki həm yoluxma, həm də itki sayı bir sıra iri ölkələrlə müqayisəolunmaz dərəcədə fərqləndi.

Hökumətin apardığı bu kimi tədbirlərə görə, ölkənin hər yerindən prezidentə təşəkkür məktubları gəlməkdə davam edir. Bu gün Azərbaycan Prezidentinə məktub yazanlar içərisində Siyəzən rayonundan 12 yaşlı şagird Seyidzəhra İsmayılova da var.

Lent.az Prezidentə ünvanlanmış həmin təşəkkür məktubunu təqdim edir:

“Əziz və hörmətli Prezidentimiz!

Mənim 12 yaşım var. Bir məktəbli olaraq Sizinlə fəxr edirəm. Çox sevinirəm ki, ölkəmizə Sizin kimi uzaqgörən siyasi xadim rəhbərlik edir. Bizim ailəmiz Sizi daim dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin tapşırığınızla görülən işlər bu bəlanın qarşısını almağa kömək etdi. Qaydalara tam riayət edirəm. Bir məktəbli olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə biz tezliklə bu bəladan xilas olacağıq. Əminəm ki, tezliklə məktəblər açılacaq və biz təhsilimizi davam etdirəcəyik. Allah Sizi və xalqımızı qorusun!”.