07:40
12 May 2020

İranda restoran və məscidlərin açılacağı tarix məlum oldu

“Ramazan ayı bitdikdən sonra – mayın 25-də ölkədəki restoran və məscidlərin fəaliyyətinin bərpasına icazə veriləcək”.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bazar ertəsi İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabiya məlumat verib.

"Koronavirusun yayılmasına qarşı mübarizə üzrə milli qərargah bütün məscidlərin və dini məkanların, eləcə də müxtəlif restoranların və bərbərxanaların Ramazan ayından sonra tədricən açılmasına qərar verdi", deyə Ə.Rabiya bildirib.

O, eyni zamanda, əlavə edib ki, bəzi “ağ” bölgələrdə (koronavirusun ən az yayıldığı ərazilər) bu tip yerlər artıq açıqdır.

Qeyd edək ki, mayın 2-dək İranda epidemiyaya yoluxmaların sayında azalma tendensiyası müşahidə edilir.

Dİgər xəbərlər