Üç ölkənin prezidentlərinin görüşünə dair məsləhətləşmələr aparılır
10 may 2020 19:45 (UTC +04:00)

Üç ölkənin prezidentlərinin görüşünə dair məsləhətləşmələr aparılır

Türkiyə, Rusiya və İran “Astana üçlü”yünün Suriya üzrə sammitinin keçirilməsinə dair məsləhətləşmələr aparır.

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

İran XİN rəsmisi deyib ki, dünyada yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar görüşlərin keçirilməsində fasilə yaranıb. A. Musəvi dünyada koronavirusla bağlı durumun normallaşmasından sonra üç ölkənin prezidentinin iştirakı ilə Tehran sammitinin keçiriləcəyinə ümid etdiyini söyləyib: “İran üzbəüz görüşün keçirilməsinin tərəfdarıdır. Əgər koronavirusla bağlı durumun normallaşması prosesi uzanarsa, onlayn-konfrans da keçirilə bilər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3056

Oxşar yazılar