1293
19:48
05 May 2020

Təbrizdə koronavirusa yoluxan 7 nəfər xəstəxanadan qaçdı


Təbrizin Razi xəstəxanasından 7 koronavirus xəstəsi qaçıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Təbriz şəhər polisinin rəisi general Fərhəng Novruzi deyib.

Onun sözlərinə görə, 7 xəstə xəstəxananın mühafizə xidmətinin gözündən yayınaraq qaçıb və evlərinə gedib.

"Məlumat daxil olan kimi Təbrizin 20-ci polis bölməsinin əməkdaşları hadisə yerində olub. Təcili tibbi yardım əməkdaşlarının və polisin birgə əməliyyatı ilə həmin şəxslər saxlanılaraq xəstəxanaya təhvil veriliblər”, - deyə Novruzi qeyd edib.