İranda koronavirusun pik dövrü geridə qaldı - Ruhani
05 may 2020 19:10 (UTC +04:00)

İranda koronavirusun pik dövrü geridə qaldı - Ruhani


İranda koronavirus bir ay bundan əvvəl pik həddi keçib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İran Prezidenti Həsən Ruhani televiziyada çıxışında deyib.

"Ölkədə koronavirusun yayılmasına baxsaq, mart ayının sonlarında xəstəliyin pik nöqtəyə çatdığını, daha doğrusu, pik həddin martın 16-da başladığını və təxminən üç həftə davam etdiyini görərik. Hazırda vəziyyətin sabitləşməsi müşahidə olunur. Lakin hələ uzun bir yolumuz var", - deyə Prezident Ruhani bildirib.

Onun sözlərinə görə, koronavirus üçün müalicə və peyvənd tapılana qədər bəşəriyyət bu problemlə aylarla üzləşməli olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2169

Oxşar yazılar