11:19
27 Aprel 2020

Zibillikdə 6 meyit tapıldı

Rusiyanın Novosibirsk şəhərində zibillikdə 6 nəfərin meyiti tapılıb.

Lent.az -ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, şəhərin Çerepanovo qəsəbəsində yerləşən zibillikdə araq içən 6 naməlum şəxs zəhərlənərək ölüblər.

Hadisə yerinə gələn polisin ilkin araşdırması zamanı məlum olub ki, ölənlər saxta üsulla hazırlanmış spirtli içkidən dünyalarını dəyişiblər.

Məlumata görə, hadisə yerində daha iki nəfər olub, onlar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı cinayət işi qaldırılıb.

Dİgər xəbərlər