1346
16:53
26 Aprel 2020

Koronavirus pandemiyasının başladığı şəhərdən gözlənilən xəbər

Yeni növ koronavirus (COVİD1-9) pandemiyasının yayıldığı Çinin Hubey əyalətinin paytaxtı Uhan şəhərində virusa yoluxan sonuncu xəstə də xəstəxanadan evə buraxılıb.

Lent.az -ın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, sonuncu xəstə aprelin 24-də xəstəxanadan buraxılıb.

Qeyd edək ki, Uhanda 46,4 min nəfər koronavirusa yoluxub. Bu, Çində virusa yoluxanların 54 faizini təşkil edir. Uhanda koronavirusa yoluxanlardan 3,8 min nəfəri ölüb. Bu, Çində virusa yoluxma nəticəsində ölənlərin 84 faizini təşkil edir.