04:26
26 Aprel 2020

İspaniyada gələn aydan bunları etmək olacaq

“İspaniya sakinləri mayın 2-dən küçədə gəzintiyə çıxa və idmanla məşğul ola biləcəklər”.

APA-nın “RİA Novosti” yə istinadən verdiyi xəbərə görə, bunu ölkənin Baş naziri Pedro Sançes açıqlayıb.

O bildirib ki, pandemiyanın inkişafı indiki kimi müsbət şəkildə davam edərsə, mayın 2-dən etibarən insanların idmanla məşğul olmasına və gəzintiyə çıxmasına icazə veriləcək: “Bir şərtlə ki, bütün tibbi və təhlükəsizlik qaydalarına riayət etməklə”.

Baş nazir əlavə edib ki, bununla bağlı yaxın günlərdə müvafiq qərar veriləcək: “Aprelin 26-dan 14 yaşınadək uşaqlar böyüklərin müşayiəti ilə gündə bir dəfə olmaqla küçəyə çıxa biləcəklər. Gəzintilər bir saatdan çox olmamalı və evə yaxın (maksimum yaşayış yerindən bir kilometr məsafədə) olmalıdır.

Qeyd edək ki, İspaniyada martın 14-də xüsusi karantin rejimi tətbiq edilib. Sonradan mayın 9-dək uzadılmışdı.

Dİgər xəbərlər