Dörd ayda Azərbaycanda 980 əkiz, 39 üçəm doğulub
18 iyun 2026 10:01 (UTC +04:00)

Dörd ayda Azərbaycanda 980 əkiz, 39 üçəm doğulub

0

Bu ilin ilk dörd ayı ərzində 28 631 körpə doğulub. 

Lent.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Məlumatda qeyd olunub ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,4-dən 8,5-ə düşüb.

Doğulan körpələrin 53,6 faizi oğlan uşaqları, 46,4 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 980-i əkiz, 39-u isə üçəm olub.

Bundan başqa, bu ilin yanvar-aprel aylarında ölkədə 21 277 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,1-dən 6,3-ə qədər artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar