Bu gün Xəzər rayon Məhkəməsində yol qəzasında bir nəfərin ölümü və digər bir nəfərin isə xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli bloger İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı İ. Hacıyevanın Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilərək 3 il sürücülük hüququndan məhrum etməklə, Cinayət Prosesual Məcəlləsinin 66.2 və 66.4-cü maddələri ilə 5 il, 9 ay azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.
Növbəti proses 25 iyuna təyin olunub.
Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb, İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə məsuliyyətə cəlb olunub. İstintaq zamanı blogerin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.