"7 saatdı instaqramdadı, nə istəyir?" - Vasif yardıma ehtiyacı olanlar barədə danışdı
24 aprel 2020 09:57 (UTC +04:00)

"7 saatdı instaqramdadı, nə istəyir?" - Vasif yardıma ehtiyacı olanlar barədə danışdı

Əməkdar artist Vasif Məhərrəmli sosial şəbəkədə yardım istəyən insanlar barədə danışıb. Lent.az-ın məlumatına görə görə, müğənni “İnstagram”da canlı yayım açaraq, bu sözləri deyib:

“Kiməsə əl tuturuq, çəkib yayımlayırıq, onda da deyirlər ki, filankəs özünü reklam edir. Sağ əlin verdiyini sol əl bilməməlidir. Siz nə istəyirsiniz? Necə edək ki, sizi razı salaq? Dəfələrlə gedib, burada Qazaxda, Buzovnada və digər yerlərdə insanlara kömək etmişəm. Hamısını çəkmişəm, telefonumdadır, sadəcə heç yerdə paylaşmışam. 

Bir nəfər mənə yazıb ki, kömək edin. Deyirəm, mən Bakıda deyiləm, burada, Qazaxdayam. Məndən xahiş edir ki, Kamil Zeynallıya, ya da Tolikdən xahiş edin. Düzü məndə Kamilin nömrəsi vardı, “Whatsapp”da ona yazdım, o adamın nömrəsini də yolladım. Sonra baxıram ki, 7 saatdı “İnstagram” da xətdədir. Mən başa düşə bilmirəm, imkansız, yardıma möhtac olan biri 7 saat orada nə edir? Özünə də yazdım”. 

# 4215
avatar

Yalçın UĞUR

Oxşar yazılar