Məşhur rejissor koronavirusdan dünyasını dəyişdi
21 aprel 2020 17:11 (UTC +04:00)

Məşhur rejissor koronavirusdan dünyasını dəyişdi

Məşhur  rusiyalı rejissor İvan Şeqolev vəfat edib.

Lent.az Rusiya mətbuatına istinadla xəbər verir ki, rejissor 59 yaşında COVID-19-a yoluxub.

Prodüsser Yefim Lublinskinin dediyinə görə, rejissor koronavirusun ağırlaşması səbəbindən dünyasını dəyişib: “Kinoda və televiziyada onun çox işləri oldu. Uğurlu layihələrin altından imzasını atdı. Kinoda da, televiziyada da yarımçıq işləri qalıb”.

İvan Şeqolev kinokaryerasına “Arvadbaz-2” filmi ilə naşlayıb. İkinci uğurlu filmi Yevgeni Leonovun iştirakı ilə “Amerikalı baba” olub.

# 1717
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar