Nyu-York ştatında koronavirusa yoluxanların sayında azalma müşahidə edildi
19 aprel 2020 23:06 (UTC +04:00)

Nyu-York ştatında koronavirusa yoluxanların sayında azalma müşahidə edildi

 

ABŞ-ın Nyu-York ştatında son sutka ərzində koronavirusdan ölənlərin sayı 507 nəfərə çatıb. 

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo mətbuat konfransında bildirib.

O qeyd edib ki, xəstəxanaya yerləşdirilənlərin sayı ötən günlərdəkindən az olub: “Bu göstərici ştat üzrə epidemiyanın azaldığını deməyə əsas verir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1085

Oxşar yazılar