Gürcüstanda minik avtomobillərindən istifadəyə QADAĞA QOYULDU
17 aprel 2020 12:33 (UTC +04:00)

Gürcüstanda minik avtomobillərindən istifadəyə QADAĞA QOYULDU

Gürcüstan hökuməti bu gün günortadan sonra ölkə ərazisində minik avtomobillərindən istifadəyə qadağa qoyur.

Lent.az-ın "Rustavi-2" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə baş nazir İrakli Çikovani bəyan edib. Qərara səbəb hökumətin "evdə qal" kampaniyası çağırışına əməl edilməməsi, paytaxt Tbilisinin və digər şəhərlərin küçələrində maşınların intensivliyinin artmasıdır.

Baş nazir qadağanın yük, bu və ya digər xidməti maşınlarına şamil edilməyəcəyini bildirib.

# 949
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar