12:03
15 Aprel 2020

"İtləri də qızım kimi sayıram" - Aygün Kazımova - VİDEO

“Mən evə bağlı insanam. Hazırda tətbiq olunan karantin rejimi mənə elə bir depressiv təsir etmir. Çünki işim bitən kimi evdə olan insanam. Evdə də özümə elə şərait qurmuşam ki, rahat oluram”.

Lent.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “Gəl, qonaq ol” verilişində deyib.

Müğənni xüsusi karantin rejimində qızı İlqarə və iki iti ilə birgə evdə qaldığını, idmanla məşğul olduğunu qeyd edib:

“Bilirsiniz ki, səhnəyə gəlməzdən öncə idmanla məşğul olmuşam. Evdə idman alətlərim var. Evdə qızım və iki gözəl itim var. İtlərimi də qızım kimi sayıram. Onlara heyvan kimi baxmıram. Bir şəxsiyyət hesab edirəm. Hər birinin xasiyyəti var".

Dİgər xəbərlər