1770
13:16
14 Aprel 2020

Bu ölkədə koronavirusla üzərrik mübarizə aparacaq: futbol çempionatı da başlayır

“The Lydi” Yootube kanalı dünyanın müxtəlif ölkələrində koronavirusla necə mübarizə aparıldığı barədə video-çarxlar hazırlayıb.

Lent.az -ın məlumatına görə, həmin çarxlardan biri də qonşu Türkmənistana həsr edilib. Video müəllifləri qeyd edirlər ki, koronavirus pandemiyası başlayandan ölkənin bütün populyar saytlarına və sosial şəbəkələrə giriş qadağan edilib.

Adının gizli saxlanılmasını istəyən sakinlərdən biri qeyd edib ki, koronavirus başlayandan mağazalar qarşısında böyük növbələr yaranıb. Əsas növbələr isə dövlət mağazaları və bankomatların qarşısında yaranır. Saat altıdan həmin mağazaların qarşısında yaranan növbələrin bir səbəbi var: özəl mağazalarda qiymətlər fantastik bahadır, dövlət mağazalarında bəzi endirimlər olur.

Küçələrdə isə maskalı adamları polis saxlayır və yerli şöbələrə aparıb sorğu-sual olunurlar. Onu şayiə yaymaqda ittiham edə bilərlər. Çünki Türkmənistanda koronovirusun yayılmadığı rəsmi şəkildə bəyan edilib.

Başqa bir Türkmənistan vətəndaşı isə çarx müəlliflərinə bildiriblər ki, hökumət bütün ölkə boyu xəstəliyin əlamətlərini özündə əks etdirən vərəqələr yayıb. Amma həmin vərəqələrdə xəstəliyin adı çəkilməyib. Çünki koronavirus sözü bu ölkədə yasaqdır.

Türkmənistanda koronavirus sözünə nəinki yasaq qadağa qoyulub, sağlamlıq haqqında məlumat kitabçalarından, tibbi ədəbiyyatdan belə bu söz yığışdırılıb və onun mediada istifadəsinə icazə verilmir.

Prezident Qurbanqulu Berdımuxamedov isə ölkə əhalisinə virusa qarşı mübarizə üçün xalq təbabətindən istifadə etməyi məsləhət bilib. O, üzərrik tüstüsünün əhəmiyyətini xüsusi qeyd edib.

Bu arada dünyanın əksər ölkəsində futbol çempionatının dayandığı vaxtda Türkmənistanda yerli liqa bərpa olunur.

Məlum olub ki, milli çempionat aprelin 19-dan davam etdiriləcək.

Qeyd edək ki, Türkmənistanda yeni mövsüm 6 martda başlayıb. Koronavirus pandemiyasına görə isə martın 24-də, 3-cü turdan sonra oyunlar dayandırılıb.

Hazırda Türkmənistanda Belarus, Burundi, Nikaraqua, Tacikistan və Myanmada yerli çempionatlar davam etdirilir.