17:47
10 Aprel 2020

Tünzalə yıxıldı: "Sizə yazığım gəlir" - VİDEO

Xalq artisti Tünzalə Ağayeva İTV-nin efirində yıxılmasından danışıb.

Lent.az xəbər verir ki, müğənni yıxıldığı anın görüntülərini sosial şəbəkədəki səhifəsində paylaşaraq, bu sözləri əlavə edib: “Deyirəm ki, ancaq belə yıxılmaq olsun. Gördüm ki, bu videonu yaman yayırlar, daha keçib, qoy elə məndən yayılsın.

Mənim məhz bu cür yıxılmağım böyük kompleksi olanları, həyatda özünü tapmayanları, bir sözlə, bədbəxt qisimləri sevindiribsə, nə mutlu mənə... Bir anlıq da olsa özünüzə “güvəniniz” yarandı. Lap yazığım gəldi. Ləyaqət, şərəf yıxılmasın, onlar sonra nə yazıq ki, qalxmırlar. Belə yıxılıb sonra ucalmaq gözəl hissdir”.

Dİgər xəbərlər