Sabahın hava PROQNOZU
08 aprel 2020 13:07 (UTC +04:00)

Sabahın hava PROQNOZU

Azərbaycanda aprelin 9-da gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz  9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 772 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5075

Oxşar yazılar