Hava soyuyur, qar yağacaq  - SƏBƏB
07 aprel 2020 13:52 (UTC +04:00)

Hava soyuyur, qar yağacaq - SƏBƏB

“Azərbaycanda hava şəraitinin soyumasına arktik hava kütlələrinin Şərqi Avropadan keçərək ölkə ərazisinə daxil olması səbəb olub”.

Lent.az-ın məlumatına görə, bu barədə AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov bildirib.

O qeyd edib ki, aprelin 9-u gündüz saatlarınadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçməsi, temperaturun tədricən aşağı enməsi, dağlıq ərazilərdə isə qar yağması gözlənilir.

M. Həsənov qeyd edib ki, aprelin birinci və ikinci ongünlüyündə ölkənin dəniz səviyyəsindən 1000-1500 metrdən yüksək olan dağlıq ərazilərinə qarın yağması mümkündür və belə hal bu dövr üçün səciyyəvidir. Onun sözlərinə görə, bu dövrdə qarın yağması ötən illərdə də müşahidə edilib.

# 2094
avatar

Aygün İbrahimli

Oxşar yazılar