Rusiyalı fermerlərdən Azərbaycan pomidoru ilə bağlı TƏLƏB
06 aprel 2020 11:57 (UTC +04:00)

Rusiyalı fermerlərdən Azərbaycan pomidoru ilə bağlı TƏLƏB

Rusiya Azərbaycan, Türkiyə və Çindən pomidor idxalını dayandıra bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin meyvə və bitkiçilik dərnəyi Kənd Təsərrüfatı Nazirliyinə məktub ünvanlayıb. Məktubda əhalinin evlərindən çıxmaması və buna görə də tələbin azalmasına görə adları çəkilən ölkələrdən 2 aylığa pomidor idxalını dayandırmaq tələb edilib.

Müraciətdə Rusiyanın koronavirus, neftin ucuzlaşması və rublun dəyərini itirməsi səbəbilə çətin günlər yaşadığı qeyd olunub. Bundan əlavə, idxalın çox olmasının yerli fermerləri iflasa apardığı da bildirilir.

Xatırladaq ki, paytaxt Moskva da daxil olmaqla ölkənin hər yerində koronavirus səbəbilə aprelin 30-a qədər karantin elan olunub. 

# 2388
avatar

Mehman Nəbiyev

Oxşar yazılar