780
07:19
05 Aprel 2020

Moskvada daha iki nəfər koronavirusdan ölüb

Rusiya paytaxtında daha iki nəfər COVID-19 infeksiyasına yoluxma nəticəsində ölüb. Onlarda paralel olaraq digər xəstəliklərin olduğu da bildirilir.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla bağlı vəziyyətə nəzarət və monitorinq məqsədilə yaradılan operativ qərargah məlumat yayıb.

Məlumata görə, 58 və 70 yaşlı həmin xəstələrdə təsdiqlənmiş koronavirus infeksiyası ilə yanaşı ikitərəfli pnevmoniya, xroniki bronxit, hipertoniya, şəkərli diabet də aşkar olunub.

Qeyd edək ki, Rusiyada ümumilikdə 4731 nəfərə koronavirus diaqnozu qoyulub, 333 nəfər sağalıb, 43 xəstə isə ölüb.