7844
04:58
05 Aprel 2020

Rusiyada atışma - Ölənlər var

Rusiyanın Ryazan vilayətində silahlı şəxs beş nəfəri öldürüb.

APA xəbər verir ki, bu barədə “TASS” hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, insident zamanı ölən dörd kişi və bir qadın cinayətkarın qonşuları olub. Hazırda o, polislər tərəfindən saxlanılıb.

İnsidentin təfərrüatları polis tərəfindən araşdırılır.