
Sabahın hava PROQNOZU
Azərbaycanda aprelin 4-nə gözlənilən hava şəraiti açıqlanıb.
Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz 3-8 dərəcə isti olacaq.

Aygün İbrahimli
Oxşar yazılar

Balaca Aylanın vəziyyəti yenə pisləşdi – YARDIM EDƏK
25 yanvar 2021 , 18:45
Koronavirus statistikası: 57 nəfər yoluxdu, 273 nəfər sağaldı, 11 nəfər öldü
25 yanvar 2021 , 18:31
FHN-dən bu ərazilərə gedənlərə və yaşayanlara MÜRACİƏT
25 yanvar 2021 , 16:33
"Kontakt Home"un bu reklamı mütəxəssisləri ayağa qaldırdı - FOTO
25 yanvar 2021 , 16:11
Didərgin düşdüyü yurdda şəhidliyə ucalan qəhrəman: “Ölsəm, dərdim yoxdu...”
25 yanvar 2021 , 14:46
Azərbaycana növbəti peyvəndin gətiriləcəyi tarix AÇIQLANDI
25 yanvar 2021 , 13:12
Sabahın HAVA PROQNOZU
25 yanvar 2021 , 12:54
Yusif, Əli, Zəhra, Zeynəb... - Azərbaycanda uşaqlara ən çox verilən ADLAR
25 yanvar 2021 , 12:21