924
12:15
03 Aprel 2020

Ermənistan ordusunun daha bir təxribatının qarşısı alındı

Azərbaycanın Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

Lent.az -a Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, aprelin 3-də saat 04:30-dan başlamaqla Qazax ra­yo­nunun Bala Cəfərli kəndi və kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz Ermənistanın İcevan rayonunun Aygeovit kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Dİgər xəbərlər