Evdən külli miqdarda qızıl oğurlandı
03 aprel 2020 11:11 (UTC +04:00)

Evdən külli miqdarda qızıl oğurlandı

Aprelin 1-də Binəqədi rayonu, Xocahəsən qəsəbəsində A.Poladova məxsus evdən pəncərədəki dəmir barmaqlıqları sındırmaqla 250 manat pul, 8400 manat dəyərində qızıl-zinət əşyaları, televizor və mobil telefon oğurlanıb.

Lent.az-ın məlumatına görə, Binəqədi rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 919

Oxşar yazılar