
Bir rayondan digərinə gedənlər cərimələndi - FOTO

Ölkənin şimal bölgəsində karantin qaydalarının təmin edilməsi üçün nəzarət tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirirlər. Polis əməkdaşları vətəndaşlarla profilaktik söhbətlər apararaq, onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırıblar.
Lakin keçirilən tədbirlər zamanı edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər də aşkarlanıb. Onlar arasında günün müxtəlif vaxtlarında elan edilmiş bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətləri pozanlar da var. Həmin şəxslər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən, cərimələniblər.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Xırdalandakı partlayış nəticəsində 6 nəfər xəstəxanaya yerləşdirildi
25 yanvar 2021 , 21:14
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Xırdalanda partlayış baş vermiş əraziyə gəldi-VİDEO
25 yanvar 2021 , 20:53
Xırdalanda ev partladı: dağıntı altında qalanlar var - VİDEO
25 yanvar 2021 , 19:05
Azərbaycanlı dənizçinin öldürülməsi ilə bağlı cinayət işi açıldı
25 yanvar 2021 , 18:02
Azərbaycanda məmurlardan edilən şikayətlərin SAYI
25 yanvar 2021 , 15:55
30 prokuror məsuliyyətə cəlb olunub
25 yanvar 2021 , 15:46
30 cinayətkar Azərbaycana gətirilib
25 yanvar 2021 , 15:21
Karantində saxta arayış verənlərin sayı BİLİNDİ
25 yanvar 2021 , 14:40