Bakıda avtomobilin aşmağı iki qardaşın ölümünə səbəb oldu
01 aprel 2020 11:43 (UTC +04:00)

Bakıda avtomobilin aşmağı iki qardaşın ölümünə səbəb oldu

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə martın 31-də saat 17 radələrində rayonun Güzdək qəsəbəsində baş verib. Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlər - qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif Əlişanov hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.

# 1258
avatar

Mehman Nəbiyev

Oxşar yazılar