İstanbulun boş küçələri pişiklərlə dolub – FOTO
29 mart 2020 19:21 (UTC +04:00)

İstanbulun boş küçələri pişiklərlə dolub – FOTO

Pişiklər həmişə Türkiyədəki şəhər həyatının mühüm bir hissəsi olub.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, onlara az qala hər evdə, mağazada, kafedə, yaxud muzeylərdə rast gəlmək mümkündür. Lakin koronavirusa görə karantin şəraitində belə görünür ki, böyük şəhərlərin səkilərində və böyük meydanlarda yeganə canlı kimi qalıblar. 

İstanbul sakinləri sosial şəbəkələrdə adətən şəhərin səs-küylü olan küçələrindən fotolar paylaşırlar. Bu fotolardan görünür ki, yalnız çaşqın pişiklər "bütün iki ayaqlıların” hara getdiyini anlamağa çalışaraq geri və irəli gəzirlər.

# 2780
avatar

Oxşar yazılar