Karantin günlərində polisdən ahıl insanlara dəstək - VİDEO
28 mart 2020 19:11 (UTC +04:00)

Karantin günlərində polisdən ahıl insanlara dəstək - VİDEO

 

Dövlət başçısının göstərişinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən yaşı 65-dən yuxarı vətəndaşlara evlərində gündəlik sosial məişət xidmətləri göstərilir.

Lent.az xəbər verir ki, karantin günlərində gücləndirilmiş iş rejimində xidmətə çıxan polis əməkdaşları da bu aksiyadan kənarda qalmır. Koronavirus pandemiyası səbəbindən evdən çıxmalarına məhdudiyyət qoyulan ahıl insanların sağlamlığının qorunmasına dəstək məqsədilə polis tərəfindən müxtəlif ərzaq məhsullarının alınıb ünvana çatdırılması təmin edilib, həmçinin komunal xidmətlər göstərilib.

Polisin bu təşəbbüsünü yüksək qiymətləndirən sakinlər onlara dərin minnətdarlıqlarını ifadə ediblər. 

Həmin videonu təqdim edirik.

# 636
avatar

Oxşar yazılar